“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç Monteneqro yığmasının heyətində növbəti oyunlarını keçiriblər. Matc.az xəbər verir ki, adıçəkilən komanda Belarusla yoldaşlıq görüşündə üz-üzə gəlib. Hər iki Marko meydana start heyətində çıxıb.
“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç Monteneqro yığmasının heyətində növbəti oyunlarını keçiriblər. Matc.az xəbər verir ki, adıçəkilən komanda Belarusla yoldaşlıq görüşündə üz-üzə gəlib.
Hər iki Marko meydana start heyətində çıxıb. Veşoviç 90 dəqiqəni əvəz edilmədən keçiribsə, Yankoviç 66-cı dəqiqədə əvəzlənib.
Monteneqro yığması birinci hissədə vurduğu 2 cavabsız qolla 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Monteneqro martın 25-də Şimali Makedoniya ilə yoldaşlıq görüşü keçirəcək.