“Bavariya”nın fəxri prezidenti Uli Hönes Münhen klubunun “Bayer”in baş məşqçisi Xabi Alonso ilə maraqlandığını təsdiqləyib. Matc.az xəbər verir ki, o, ispaniyalı mütəxəssisin böyük klubda işləmək gücündə olduğunu düşünür:

“Bu müddət ərzində o, böyük klubun məşqçisi ola biləcəyini sübut etdi. Xabi Alonso uğrunda rəqabətdə qalib gəlmək çətin olacaq. Çünki “Liverpul”, “Real”, “Bayer” kimi klublar da bunun üzərində işləyir. Uyğun məşqçilər indi haradasa işləyir və böyük uğurlar qazanırlar. Onları “Bavariya”nın ideal seçim olduğuna inandırmaq o qədər də asan deyil”.

Qeyd edək ki, Xabi Alonso 2022-ci ildən “Bayer”ə rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest