22 Mart 2024, 12:00
FUTBOL
“Liverpul”un vingeri Luis Diaz Fransaya köçə bilər. Matc.az xəbər verir ki, PSJ 27 yaşlı hücumameyilli oyunçunun keçidində maraqlıdı.
Paris klubu Kolumbiya millisinin üzvü üçün qarşı tərəflə danışıqlara start verib. Diaz özü hazırkı komandasında qalmaq niyyətindədi. Ancaq PSJ 75 milyon avro müqabilində onu heyətinə cəlb edə bilər.
Qeyd edək ki, bu mövsüm Premyer Liqanın 27 oyununda 6 qol, 3 assistlə yadda qalan Luis Diazın “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına qədərdi.