22 Mart 2024, 12:41
FUTBOL
“Mançester Yunayted”in yeni sahibi Cim Ratkliff “Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo haqqında danışıb. Matc.az xəbər verir ki, o, 39 yaşlı forvardı klub tarixinin ən yaxşısı adlandırıb:
“Mançester Yunayted” tarixinin ən yaxşı futbolçusu kimdi? Məncə, bu, Kriştianodu. Bobbi Çarltonu çətinliklə xatırlayıram. O, klubun əfsanəsidi. Amma bir gün mən Aleks Ferqyusondan onun ən yaxşı kəşfi kim olduğunu soruşdum. O, Ronaldonun adını çəkdi”.
Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabrında azad agent kimi “Mançester Yunayted”dən “Əl-Nəsr”ə keçib.