22 Mart 2024, 13:31
FUTBOL
“Təəssüf ki, “Bayer”i keçə bilmədik”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına açıqlamasında deyib.
Almaniya klubuna qarşı Avropa Liqasının 1/8 final mərhələsində keçirilən görüşləri dəyərləndirən Rusiya millisinin üzvü mərhələ adlamağa yaxın olduqlarını söyləyib: “Hər iki oyunda qələbəyə yaxın idik. Amma nəticə belə oldu. Biri qalib gəlir, biri uduzur. Futbol belədi. Ancaq ümumilikdə yaxşı oyun göstərdik”.
Qeyd edək ki, “Qarabağ” “Bayer”ə iki oyunun cəmində 4:5 (2:2, 2:3) hesabı ilə məğlub olaraq avrokuboklarla vidalaşıb.