22 Mart 2024, 14:12
FUTBOL
“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, İngiltərə millisinin üzvü “Real”ın maraq dairəsinə düşüb.
İspaniya klubu 25 yaşlı sağ cinah oyunçusu ilə bağlı vəziyyəti izləyir. Trent “qırmızılar”la yeni müqavilə imzalamasa, o zaman “kral klubu” onunla danışığa başlayacaq. Ulduz futbolçu hələ ki, yeni sözləşməyə yaxın durmur.
Qeyd edək ki, Trent Aleksander-Arnoldun “Liverpul”la müqaviləsi 2025-ci ilin yayına kimidi.