Premyer Liqa “Lester”i maliyyə pozuntularında ittiham edib. Matc.az xəbər verir ki, “tülkülər” gəlirlilik və davamlılıq qaydalarını pozmaqda, 2022-23 mövsümünün sonu üçün maliyyə hesabatlarını təqdim etməməkdə günahlandırılır.

Premyer Liqa məsələ ilə bağlı müstəqil komissiyaya müraciət edib. “Lester” rəhbərliyi isə çempionatın təşkilatçılarının bu ittihamlarını rədd edib.

Qeyd edək ki, “Lester” ötən mövsüm Premyer Liqanı tərk edib. Komanda bu mövsüm Çempionşipdə oynayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest