22 Mart 2024, 15:22
FUTBOL
Dünyanın ən yaxşı baş məşqçilərinin adları açıqlanıb. Matc.az xəbər verir ki, siyahıya 500 mütəxəssis daxil olub.
Onlardan ikisi Azərbaycan Premyer Liqasında fəaliyyət göstərir. Ən yaxşı nəticə Qurban Qurbanova məxsusdu. “Qarabağ”ın 52 yaşlı çalışdırıcısı planetin ən güclü 140-cı məşqçisidi. Son reytinqlə müqayisədə 2 pillə geriləyən Qurbanovun aktivində 1670 xal var.
“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç də “500-lüy”ə düşüb. Monteneqrolu 1616 xalla 196-cı yerdədi. idir. Bojoviç 1 pillə geriləyib.
Qeyd edək ki, cədvələ 2224 xalla “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.