22 Mart 2024, 15:53
FUTBOL
“Lion”un yarımmüdafiəçisi Mamadu Diavara Ramazan ayında oruc tutma qadağası səbəbindən Fransanın U-19 yığmasından ayrılıb. Matc.az xəbər verir ki, Fransa Futbol Federasiyasının prezidenti daha əvvəl müsahibəsində millinin məskunlaşdığı yerdə Ramazan ayında oruc tutmağı qadağan edən yeni qaydaları açıqlayıb.
O, bunu qurumun nizamnaməsində nəzərdə tutulan neytrallıq prinsipinə riayət etməklə izah edib. Qadağa U-16-dan başlayaraq bütün yaş qruplarından olan Fransa millilərinə şamil edilir.
19 yaşlı Diavara yeni qaydalara görə diskomfort hiss etdiyi üçün Liona qayıtmaq qərarına gəlib. Onun əvəzinə “Nant”dan Demaine Assumani Fransanın U-19 komandasına çağırılıb.