23 Mart 2024, 22:39
FUTBOL
“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike sabiq komanda yoldaşı Lionel Messini tarixin ən yaxşı futbolçusu adlandırıb. Matc.az xəbər verir ki, ispaniyalı keçmiş futbolçu Argentina millisinin və “İnter Mayami”nin hücumçusu ilə bağlı xoş xatirəsini bölüşüb:
“Messi futbol tarixinin ən yaxşı oyunçusudu. “Barsa”ya ilk gələndə çox kiçik və arıq idi. Onu görəndə dedik ki, bu oğlana toxunsaq sınacaq, ona görə də diqqətli olmalıyıq”, - deyə Pike bildirib.
Qeyd edək ki, Lionel Messi 2003-2021-ci illərdə, Pike isə 2008-2022-ci illərdə “Barselona”da çıxış edib. Argentinalı 2021-ci ildə “Barselona”dan PSJ-yə, ötən il isə Fransa klubundan “İnter Mayami”yə keçib.