“Betis”in qapıçısı Klaudio Bravo klubu ilə müqaviləsini uzatmaq istəyir. Matc.az xəbər verir ki, 40 yaşlı qolkiper karyerasını bitirmək niyyətində deyil.

Çili millisinin üzvü “Betis”lə danışıq aparmağa hazırdı: “Vəziyyətimə həmişə olduğu kimi eyni sakitliklə və nikbinliklə yanaşıram. Neçə dəfə demişəm ki, uzunmüddətli perspektivlər haqqında heç bir fikrim yoxdur. Əksinə, hər gündən həzz almağa çalışıram. Həm də baş verən hər şeyi aydın şəkildə dərk edirəm, kömək etməyə çalışıram, lazım olduqda öz töhfəmi verirəm”.

Qeyd edək ki, Klaudio Bravo 2020-ci ildən “Betis”də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest