“Real”ın hücumçusu Rodriqo Qoes yayda klubunu dəyişə bilər. Matc.az xəbər verir ki, Braziliya millisinin üzvü “Liverpul”un maraq dairəsindədi.

Premyer Liqa təmsilçisi bu keçidlə bağlı “qırmızılar”la əlaqə saxlayıb. Madrid klubu transfer müqabilində ən azı 100 milyon avro tələb etməyə hazrlaşır. Rodriqo PSJ-nin hücumçusu Kilian Mbappenin transferindən sonra əsas heyət şansının olmayacağını başa düşür. Bu üzdən keçidin reallaşma ehtimalı yüksəkdi.

Qeyd edək ki, Rodriqo 2019-cu ildən “Real”ın formasını geyinir. Onun klubu ilə sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest