23 Mart 2024, 09:56
FUTBOL
Azərbaycan yığmasının Monqolustanla matçdaki qazancı bəlli olub.
Matc.az xəbər verir ki, Arif Əsədovun komandası 1:0 hesablı qələbə ilə FİFA reytinqinə 2,5 xal əlavə edib.
Azərbaycan millisi açıqlanan son cədvəldə 1174,22 xalla 113-cü pillədə yer alıb. “FİFA Series”dəki ilk qələbə ilə bu rəqəm 1176,72-yə yüksəlib.
Yığmamız Bolqarıstanla matçda aktivini daha da zənginləşdirə bilər. Həmin oyunda qələbə 6,1, heç-heçə 1,1 xal gətirəcək.
Xatırladaq ki, Azərbaycan – Bolqarıstan oyunu martın 25-də keçiriləcək.