23 Mart 2024, 11:18
FUTBOL
Krasnoqorskdakı “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı ilə əlaqədar Rusiya və Paraqvay yığmaları arasında Moskvada keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyunu təxirə salınıb.
Matc.az xəbər verir ki, bu qərarı Rusiya Futbol İttifaqı və Paraqvay Futbol Assosiasiyası birgə qəbul edib. Tərəflər görüşün başqa bir tarixdə keçirilə biləcəyi barədə razılığa gəliblər.
Oyun üçün bilet alan azarkeşlər pullarını tam şəkildə geri ala biləcəklər.