Ötən gecə Salvador və Argentina milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
 
Matc.az xəbər verir ki, görüş 3:0 hesabı ilə hazırkı dünya çempionlarının qələbəsi ilə başa çatıb. Görüşdə yarımmüdafiəçi Anxel di Mariya bir məhsuldar ötürmə edib. Təcrübəli cinah oyunçusu bu ötürmə sayəsində Argentina millisi tarixində məhsuldar ötürmələr sayına görə ikinci yerə yüksəlib. O, 27 assistlə əfsanəvi Dieqo Maradonanı (26) ötüb.
 
Bu göstəricidə lider hücumçu Lionel Messidir. 36 yaşlı futbolçu 54 məhsuldar ötürmə edib. Di Maria 2008-ci ildən Argentina millisində çıxış edir. Onun adına 136 matç var.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest