23 Mart 2024, 12:22
FUTBOL
"Yuventus" hücumçusu Duşan Vlahoviçlə müqaviləni uzada bilər.
Matc.az xəbər verir ki, futbolçunun agenti Darko Ristiç ötən həftə sonu Turində olub. Klub futbolçu ilə 2028-ci ilə qədər yeni sözləşmə üzrə danışıqlara başlayıb. Hazırda əmək haqqı ilə bağlı tam razılaşma yoxdur.
Qarşıdakı həftələrdə vəziyyəti müzakirə etmək üçün Ristiç və "Yuve" arasında yeni danışıqlar gözlənilir.