23 Mart 2024, 12:54
FUTBOL
Braziliya millisi, "Real", "Mançester Siti" və "Milan"ın keçmiş hücumçusu Robinyo İtaliyada mühakimə olunduğu zorlama ittihamı ilə 9 il həbs cəzasını çəkməli olduğu məhkəmə qərarından sonra Santosdakı evində həbs edilib.
Matc.az xəbər verir ki, 2017-ci ildə Milan məhkəməsi Robinyo və digər 5 braziliyalını 2013-cü ildə diskotekada qadına qarşı qrup təcavüzündə günahkar bilib.
Hökm 2020-ci ildə apellyasiya məhkəməsi tərəfindən, 2022-ci ildə isə İtaliya Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
Braziliya mətbuatının yazdığına görə, Robinyo məhkəməyə gəlməzdən əvvəl tibb ekspertizasından keçəcək. Bundan sonra keçmiş futbolçunun San-Paulu əyalətindəki həbsxanalardan birinə aparılacağı gözlənilir.