23 Mart 2024, 16:39
FUTBOL
"Bavariya" və İngiltərə yığmasının hücumçusu Harri Keyn Braziliya ilə yoxlama oyununda meydana çıxa bilməyəcək.
Matc.az xəbər verir ki, futbolçunun topuğunda problemlər var. Bu barədə yığmanın baş məşqçisi Qaret Sautqeyt açıqlama verib:
"Sabah Harry Keyn, Jordan Henderson, Cole Palmer olmayacaq.
Deyə bilərəm ki, Hendo və Koulun Belçikaya qarşı oynamaq şansları Harridən daha çoxdur. Onun iştirakı çox sual altındadır".