23 Mart 2024, 17:52
FUTBOL
"İnter Mayami"nin baş məşqçisi Xerardo Martino komandanın ulduz hücumçusu Lionel Messinin omba nahiyəsindən aldığı zədədən sonra sağalmasından danışıb.
Matc.az xəbər verir ki, bu barədə o, "Mundo Deportivo"ya açıqlama verib:
“Leo sağalır. O, son günlər meydandadır və hər gün yaxşılaşır. Biz onun sağalmasını diqqətlə izləyirik. Onun matçlara qayıtması hələ tezdir. Ən azı gələn həftəyə gözləməliyik. O, cəmi dördüncü gündür məşq edir”.
Bu mövsüm 36 yaşlı argentinalı forvard 5 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.