23 Mart 2024, 19:17
FUTBOL
"Barselona"nın prezidenti Joan Laporta bildirib ki, klubun hazırda heç bir məşqçi ilə əlaqəsi yoxdur.
Matc.az xəbər verir ki, o, PSJ-nin çalışdırıcısı haqda danışıb:
"Mən Luis Enrikeni çox bəyənirəm, güclü xarakterə malikdir, o, çox layiqli və müstəqil biridir, belə insanlardan xoşum gəlir. Amma biz Xaviyə hörmət etdiyimiz üçün Luis və ya başqası ilə danışıqlar aparmamışıq.
Deyəcəksiniz ki, qərar verilib, bütün məşqçilərin agentləri bunu sizə deyir. Mən cavab verəcəm ki, kim "Barsa"ya getmək istəyirsə, son dəqiqəyə qədər gözləməlidir, çünki Xavi qərar verənə qədər biz seçim etməyəcəyik.
Əgər o, ayrılmaq qərarına gəlsə, o zaman həqiqətən "Barsa"ya qoşulmaq istəyənlər gözləməli olacaqlar. Bunu etməsələr, heç nə olmayacaq".