23 Mart 2024, 21:18
FUTBOL
PSJ-nin baş məşqçisi Luis Enrike komandanın hücumçusu Kilian Mbappenin "Real"a mümkün transferindən danışıb.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə heçnə bilmədiyini etiraf edib:
"Mbappe "Real"a keçəcək? Bilmirəm, heç kim bilmir. Yalnız Kilian özü bilir. İştirak edən bütün tərəflər həqiqəti və onların həll yollarını bölüşmək qərarına gəldikdə, biz də biləcəyik".