"Atletiko" bu mövsüm "Barselona"da icarə əsasında çıxış edən hücumçu Joao Feliksə ümid etmir.
 
Matc.az xəbər verir ki, "matrasçılar" portuqaliyalını bu yay 80 milyon avroya satmaq niyyətindədir. Madrid klubu bunu edə bilməsə, "Atletiko" hücumçu üçün "Barselona"ya başqa bir icarə təklif edə bilər.
 
Xatırladaq ki, Feliks 2019-cu ildə "Benfika"dan 127 milyon avroya paytaxt klubuna keçmişdi. Hücumçunun klubu ilə müqaviləsi 2029-cu ilə qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest