24 Mart 2024, 14:28
FUTBOL
Aleksandr İsak "Nyukasl"ı tərk edə bilər.
Matc.az xəbər verir ki, "sağsağanlar" Maliyyə Feyr-Pley qaydalarına riayət etmək üçün bu yay isveçlini sata bilər. "Arsenal" forvardı transfer etməkdə maraqlıdır.
Xatırladaq ki, İsak 2022-ci ilin yayında 70 milyon avroya "Real Sosyedad"dan "Nyukasl"a keçmişdi. Bu mövsüm hücumçu İngiltərə klubunun heyətində 30 oyun keçirib və 16 qol vurub.