24 Mart 2024, 16:18
FUTBOL
Braziliya millisinin hücumçusu Endrik İngiltərə ilə "Uembli"də keçirilən yoldaşlıq oyununda qol vurub.
Matc.az xəbər verir ki, Endrik tarixdə bu stadionda qol vuran ən gənc futbolçu olub (17 yaş 246 gün). Bundan əlavə, Endrik 1994-cü ildə Ronaldodan sonra Braziliya millisinin ən gənc qol vuran futbolçusu kimi tarixə düşüb.