24 Mart 2024, 20:00
FUTBOL
Avstriya millisinin yarımmüdafiəçisi Kristof Baumqartner Slovakiya ilə yoldaşlıq oyununda (2:0) erkən qol vurub.
Matc.az xəbər verir ki, yarımmüdafiəçi görüşün 6-cı saniyəsində fərqlənib. Mərkəz dairəsində topu milli komanda yoldaşından qəbul edən Baumqartner bir neçə slovak oyunçunun yanından driblinqlə keçib və sonra cərimə meydançasının kənarından qapıya zərbə endirib. Bu qol milli komandalar tarixində ən sürətli qol olub.
Bundan əvvəlki rekord 2013-cü ildə Almaniya və Ekvador arasında keçirilən 7-ci saniyədə qol vuran Lukas Podolskiyə məxsus idi.