25 Mart 2024, 19:14
FUTBOL
Bu gün FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan “FİFA series – Edition 2024” layihəsinə yekun vurulacaq.
Bu gün FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan “FİFA series – Edition 2024” layihəsinə yekun vurulacaq.
Matc.az xəbər verir ki, ikinci oyun gününə "Liv Bona Dea Arena"da start verilib.
Tanzaniya və Monqolustan milliləri üz-üzə gəlib. Görüş Tanzaniyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, üç gün öncə Tanzaniya Bolqarıstana, Monqolustan Azərbaycana eyni – 0:1 hesabı ilə uduzub.
“FİFA series – Edition 2024”
25 mart
Tanzaniya – Monqolustan 3:0
Qollar: Kelvin Con, 49. Abdul Suleiman, 61. Novatus, 75
Baş hakim: Elçin Məsiyev (Azərbaycan)
Bakı. "Liv Bona Dea Arena"