25 Mart 2024, 11:21
FUTBOL
"Bavariya"nın bir sıra əsas oyunçuları 30 mart şənbə günü keçiriləcək Bundesliqada "Borussiya" (Dortmund) matçını buraxmaq riski altındadırlar.
Matc.az xəbər verir ki, Harri Keyn, Rafael Qerreyro və Manuel Noyer zədə səbəbindən qarşıdakı oyunda iştirak etməyə bilərlər.
Qeyd edək ki, Bundesliqaya hazırda 26 turdan sonra 70 xalla "Bayer 04" başçılıq edir.