25 Mart 2024, 12:25
FUTBOL
"Barselona"nın müdafiəçisi Jül Kunde Fransa millisinin heyətində Almaniya ilə yoldaşlıq oyununda (0:2) zədələnib.
Matc.az xəbər verir ki, futbolçu matçın 61-ci dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb. Ona ayaq biləyinin əzilməsi diaqnozu qoyulub.