25 Mart 2024, 15:32
FUTBOL
Almaniya Futbol İttifaqının prezidenti millinin baş məşqçisi Julian Nagelsmannla müqaviləni uzatmaq niyyətində olduğunu bildirib.
Matc.az xəbər verir ki, funksioner mütəxəssislə razılıq əldə olunacağını bildirib:
"Biz bir-birimizlə danışmalıyıq və əminəm ki, tezliklə kompromis tapacağıq. Hər kəs Nagelasmannın komandada qalmasını istəyir. Onun gördüyü işlər mükəmməldir".
Qeyd edək ki, 36 yaşlı məşqçinin Almaniya millisi ilə müqaviləsi Avro-2024-ün sonuna kimidir.