25 Mart 2024, 16:14
FUTBOL
Müqaviləsi bu mövsümün sonunda başa çatacaq PSJ-nin müdafiəçisi Layven Kurzava klubu tərk edə bilər.
Matc.az xəbər verir ki, bu barədə oyunçunun agenti məlumat verib:
"İspaniya klubları maraqlanır, mən hələ də əminəm ki, Layven yüksək səviyyəli oyunçudur. Bizi "Jirona" ilə variant maraqlandırır. Dediyim kimi, bir neçə klub Layvenə öz layihəsini təklif edib, ona görə də seçim etmək üçün vaxt ayıracağıq".
Bu mövsüm Kurzava bütün yarışlarda PSJ-nin heyətində cəmi 8 dəqiqə meydanda olub.