25 Mart 2024, 17:00
FUTBOL
"Çelsi"yə məxsus "Roma"da icarə əsasında çıxış edən Romelu Lukakunun dostu Gilles Mbie-Beya forvardın gələcəyi ilə bağlı danışıb.
Matc.az xəbər verir ki, o, futbolçunun keçmiş klubu barədə açıqlama verib:
"Sualım var. "Anderlext"in çempion olub Çempionlar Liqasında oynadığını fərz etsək, Romelu Lukaku qayıdacaqmı? Mən onu yaxşı tanıyıram, doğrudur. Amma bunu mənə deməyəcək. Ola bilsin ki, o, vətənə və böyüdüyü kluba daha yaxın olmaq istəyir. Bu barədə qərarı o, sonda özü verir və heç kimlə məsləhətləşmir".
Xatırladaq ki, Lukaku “Anderlext”in yetirməsidir, o, 2009-2011-ci illərdə "bənövşəyi-ağlar"ın əsas komandasında çıxış edib.