"Mançester Yunayted"in keçmiş baş məşqçisi Ole Qunnar Sulşer mümkün növbəti işi ilə bağlı fikirlərini bildirib.
 
Matc.az xəbər verir ki, norveçli mütəxəssis ona Ərəbistandan gələn təklifləri rədd etdiyini qeyd edib:
 
"Bəli, Avropanın 2 komandasından, ondan əvvəl isə Səudiyyə Ərəbistanından 2 təklifim var idi. Böyük pullar idi, amma məni maraqlandırmırdı. İngiltərədən də maraq var.
 
Agentim onları araşdırır və biz bunu müzakirə edirik. Mən təkəbbürlü görünmək istəmirəm, amma “Mançester Yunayted”i idarə etmisinizsə, harada işləyəcəyinizi özünüz seçirsiniz".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest