"Napoli" hücumçu Viktor Osimhen üçün qiymət müəyyən edib.
 
Matc.az xəbər verir ki, Neapolitan klubu nigeriyalının satışından 110-130 milyon avro qazanmaq niyyətindədir. Bu mövsüm 25 yaşlı forvard İtaliya A Seriyasında 17 oyun keçirib, 11 qol vurub və 3 məhsuldar ötürmə edib. 
 
Qeyd edək ki, ötən mövsüm çempion olan "Napoli" hazırda turnir cədvəlində 29 turdan sonra 45 xalla 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest