26 Mart 2024, 09:25
FUTBOL
UEFA Millətlər Liqası turnirinin C Liqasında Azərbaycan millisinin rəqibi İsveç növbəti oyununu keçirib.
Matc.az xəbər verir ki, komanda yoldaşlıq oyununda Albaniya yığmasına qalib gəlib.
Solnadakı “Friend Arena”da keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. Qustaf Nilsson qələbə topunun müəllifi olub.
Qeyd edək ki, İsveç komandası martın 21-də yoldaşlıq oyununda Portuqaliya yığmasına 2:5 hesabı ilə uduzub.