“Qarabağ”ın futbolçusu Patrik Andrade yoldaşlıq oyununda meydana çıxıb.
 
 
Matc.az xəbər verir ki, onun şərəfini qoruduğu Kape-Verde Ekvatorial Qvineyanı məğlub edib.
 
Andradenin əsas heyətdə meydana çıxdığı qarşılaşma 1:0 hesabı ilə yekunlaşıb. Kape-Verde qələbə topunu 65-ci dəqiqədə vurub. Patrik oyunu əvəzolunmadan keçirib.
 
Qeyd edək ki, “Qarabağ”ın futbolçusu 4 gün əvvəl Qayana (1:0) ilə görüşdə meydana çıxmaq şansı qazanmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest