26 Mart 2024, 11:52
FUTBOL
“Əl-Nəsr”in müdafiəçisi Emerik Laport daha əvvəl “Mançester Siti”ni tərk etmək qərarının səbəbini açıqlayıb.
Matc.az xəbər verir ki, o, istədiyi mövqedə çıxış etmədiyini bildirib:
"Ardıcıl 2 mövsüm lazım olan mövqedə çıxış etmədim. Belə olan halda özünüzü ən yaxşı tərəfdən göstərə bilmirsiniz".
Qeyd edək ki, futbolçu 2023-cü ilin yayından Səudiyyə Ərəbistanı klubunda çıxış edir.