"Barselona" müdafiəçisi Ronald Arauxo ilə müqaviləni uzatmaq niyyətindədir.
 
Matc.az xəbər verir ki, klub rəhbərləri futbolçunu “mavi-qranat”ın əsas oyunçularından biri hesab edir və onlar üçün onu komandada saxlamaq prioritet vəzifələrdən biri sayılır.
 
"Blauqrana" prezidenti Joan Laporta layihəyə əhəmiyyətini çatdırmaq üçün şəxsən Arauxo ilə əlaqə saxlayıb.
 
Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest