26 Mart 2024, 20:00
FUTBOL
"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays İngiltərə yığmasının kapitanı kimi Belçika ilə yoldaşlıq oyununda debüt edəcək.
Matc.az xəbər verir ki, bu görüş futbolçu üçün millidə 50-ci olacaq. Rays İngiltərə yığmasının kapitanı olan "topçular"ın 12-ci və 2005-ci ilin mayında Sol Kempbellin ABŞ-ı yoldaşlıq görüşündə kapitanlığından sonra ilk oyunçu olacaq.