26 Mart 2024, 20:40
FUTBOL
“Vilyarreal”ın baş məşqçisi Marselino martda La Liqanın ən yaxşı məşqçisi seçilib.
Matc.az xəbər verir ki, onun rəhbərliyi altında komanda İspaniya çempionatının hər üç oyununda qalib gəlib ("Qranada" 5:1, "Betis" 3:2 və "Valensiya" 1:0).
Bu mükafat mütəxəssis üçün ilk olub. O, səsvermədə Xavi (Barselona) və Karlo Ançelottini (Real Madrid) qabaqlayıb.
29 oyundan sonra "sarılar" 38 xalla La Liqada 9-cu pillədə qərarlaşıb.