21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avro-2025-in seçmə mərhələsi çərçivəsində Ukrayna yığmasına 0:3 hesabı ilə məğlub olub.

Matc.az xəbər verir ki, millimizin baş məşqçisi Samir Əliyev oyun haqda öz fikirlərini səsləndirib:

"Qrupumuzun liderinə qarşı oynayırdıq. Ukrayna futbolu tarixən həmişə öndə olub. Bu ölkədə hər zaman güclü futbolçular yetişib. Aşağı yaş qruplarından ibarət yığma komandaları hər zaman Avropa çempionatlarında iştirak edib və edirlər. Əbəs yerə qrupda bütün oyunlarını qələbə ilə başa vurmayıblar və təsadüfi deyil ki, birinci pillədə qərarlaşıblar".

Mütəxəssis ötən oyuna da toxunub: "Martın 22-də İngiltərə ilə keçirilən oyundan sonra futbolçuları bu matça həm psixoloji, həm də fiziki olaraq hazırlamaq çox çətin oldu. Oyuna gəlincə, hesabda geri düşməyimizə baxmayaraq, bizim də qol vurmaq üçün real imkanımız oldu. Lakin Nəriman Axundzadə bundan istifadə edə bilmədi. Hesab 0:2 olanda isə futbolçular dərk edirdilər ki, geridönüş etmək çətin görünür. Bu vəziyyətdə Xəyal Əliyev və Rüfət Abbasov kimi daha gənc futbolçuları meydana buraxdıq ki, ən azından ab-havanı hiss etsinlər". 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest