27 Mart 2024, 00:02
FUTBOL
AVRO-2024-ün daha bir iştirakçısı bilinib.
Matc.az xəbər verir ki, pley-offun ilk finalında Gürcüstan Yunanıstanla qarşılaşmada penaltilər seriyasında 4:2 qalib gələrək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Vili Sanyolun rəhbərlik etdiyi kollektiv AVRO-2024-də Portuqaliya, Türkiyə və Çexiya ilə birlikdə F qrupunda yer alacaq.
Qeyd edək ki, Avropa çempionatı 14 iyun – 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.