“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzianın Əlcəzair millisinə dönüşü uğurlu alınıb. Matc.az xəbər verir ki, futbolçu “FIFA series - Edition 2024” layihəsi çərçivəsində Cənubi Afrika Respublikası (CAR) ilə keçirilən görüşün qəhrəmanı olub.

3:3 hesabı ilə başa çatan qarşılaşmada Benzia 2 qol, 1 məhsuldar ötürmə ilə diqqət çəkib. Start heyətində meydana çıxan pleymeyker 22 və 70-ci dəqiqədə toru silkələyib, 53-cü dəqiqədə isə assist edib.
Qeyd edək ki, Benzia martın 22-də Boliviyanı 3:2 hesabı ilə məğlub etdikləri matçda da 1 qol vurmuşdu.