Rusiya millisinin baş məşqçisi Valeri Karpinlə bağlı qərar verilib. Matc.az xəbər verir ki, Rusiya Futbol İttifaqı 55 yaşlı mütəxəssisin işindən məmnundu.

Bu səbəbdən onunla yeni müqavilə imzalanacaq. Tərəflər artıq bununla bağlı danışığa başlayıb. İlkin razılığa əsasən, Karpin bu ilin avqustuna qədər olan anlaşmasının müddətini daha iki illik uzadacaq.

Qeyd edək ki, Valeri Karpin 2021-ci ildən Rusiya yığmasına rəhbərlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest