Memfis Depayın meneceri Sebastian Ledur braziliyalı Dani Alveşə maliyyə yardımı etmələri ilə bağlı xəbərlərə münasibət bildirib. Matc.az xəbər verir ki, agent bu məlumatı təkzib edib.

Bir gün əvvəl yayılan xəbərdə “Barselona”nın sabiq müdafiəçisi üçün 1 milyon avroluq təzminatı onun keçmiş komanda yoldaşı, hazırda “Atletiko”da çıxış edən Depayın ödədiyi yazılmışdı. Lakin Ledur bunun şayiə olduğunu açıqlayıb. O, yayılan informasiyaların düzəldilməsini tələb edib.

Qeyd edək ki, 4,5 illik həbs cəzasına məruz qalan Dani Alveş 1 milyon avroluq təzminat ödəməklə sərbəst buraxılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest