27 Mart 2024, 17:55
FUTBOL
“Mançester Yunayted” mövsümün sonunda mərkəz müdafiəçi mövqeyini gücləndirəcək. Matc.az xəbər verir ki, İngiltərə klubu artıq namizədləri də müəyyənləşdirib.
Belə ki, rəhbərlik Jan-Kler Todibo (“Nitsa”), Antonio Silva (“Benfika”), Dayot Upamekano (“Bavariya”) arasında seçim edəcək. Yayda Rafael Varan və Harri Maquayrın “qırmızı şeytanlar”dan ayrılması gözlənilir. Bu üzdən adları sadalanan 3 müdafiəçinin hətta hamısının eyni anda alınma ehtimalı da var.
Daha əvvəl “mankunianlar”ın yayda Silva üçün təxminən 100 milyon avro ödəməyə hazır olacağı bildirilirdi. Todibo isə “Liverpul”un da gündəmindədi.