27 Mart 2024, 15:40
FUTBOL
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, komitə U-13 Liqasında keçirilən “Turan Tovuz”– “Azəri” (Gəncə) oyunu ilə bağlı sərt cəza tətbiq edib.
Belə ki, görüşün 15-ci dəqiqəsində “Azəri”nin baş məşqçisi Elşən Əliyev baş hakimi təhqir edib, şərəf və ləyaqətini alçaldıb və onu vurmağa cəhd edib. Bu üzdən oyun yarımçıq dayandırılıb.
İntizam Komitəsi Gəncə komandasına 0:3 hesablı texniki məğlubiyyət verib, baş məşqçisi Elşən Əliyevi 1 illik futboldan uzaqlaşdırıb.