27 Mart 2024, 20:33
FUTBOL
Fransa millisinin yarımmüdafiəçisi Eduardo Kamavinqa Çili ilə yoldaşlıq oyununda (3:2) xəsarət alıb.
Matc.az xəbər verir ki, futbolçunun sol topuğunun yüngül burxulması diaqnozu qoyulsa da, o, ciddi zədədən xilas olub.
Kamavinqanın martın 31-də "Real"ın La Liqada "Atletik Bilbao"ya qarşı oyunu üçün hazır olacağı gözlənilir.