Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda minifutbol üzrə Avropa çempionatının püşkü atılacaq. Matc.az xəbər verir ki, püşkatma mərasimi aprelin 4-də baş tutacaq. FİFA reytinqində ikinci olan Azərbaycan millisi püşk zamanı birinci səbətdə yer alacaq.

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda minifutbol üzrə Avropa çempionatının püşkü atılacaq. Matc.az xəbər verir ki, püşkatma mərasimi aprelin 4-də baş tutacaq.

FİFA reytinqində ikinci olan Azərbaycan millisi püşk zamanı birinci səbətdə yer alacaq.

1-ci səbət: Bosniya və Herseqovina, Azərbaycan, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Slovakiya

2-ci səbət: Macarıstan, Çexiya, Fransa, Serbiya, Ukrayna, Monteneqro

3-cü səbət: İngiltərə, Gürcüstan, İtaliya, Polşa, İspaniya, Sloveniya

4-cü səbət: Portuqaliya, Albaniya, Yunanıstan, Avstriya, Türkiyə, Xorvatiya

Qeyd edək ki, Avropa çempionatı 1-9 iyun aralığında Sarayevoda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest