Azərbaycan Premyer Liqasında qısa fasilə başa çatır. Matc.az saytı xəbər verir ki, sabah XXVIII – sonuncu dövrə start götürəcək.
Dövrənin ilk günündəcə 2023-24 mövsümünün çempionu müəyyənləşə bilər. “Kəpəz”lə qarşılaşacaq “Qarabağ”a qızıl medalları təmin etmək üçün uduzmamaq kifayət edəcək. Qurban Qurbanovun yetirmələri Gəncə təmsilçisi önündə Tofiq Bəhramov adına Respublika stadionunda qonaq qismində çıxış edəcək. Ağdamlılar qalibiyyət və ya heç-heçə təqdirində çempionluğu təmin edəcək.
Sabah həmçinin “Neftçi” də meydana çıxacaq. “Ağ-qaralar” autsayder “Qəbələ”nin qonağı olacaq.
Aprelin 30-da daha iki qarşılaşma oynanılacaq. “Səbail” – “Turan Tovuz”, “Sabah” – “Zirə” matçları avrokuboklara vəsiqə uğrunda mübarizə baxımından böyük maraq doğurur.
Tura Sumqayıtda yekun vurulacaq. Şəhərin eyniadlı komandası “Araz-Naxçıvan”ı qəbul edəcək.
Premyer Liqa
XXVIII tur
29 mart (cümə)
16:30. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu
19:00. “Kəpəz” – “Qarabağ”
Tofiq Bəhramov adına Respublika stadionu
30 mart (şənbə)
16:30. “Səbail” – “Turan Tovuz”
“ASCO Arena”
19:00. “Sabah” – “Zirə”
“Bank Respublika Arena”
31 mart (bazar)
18:00. “Sumqayıt” – “Araz-Naxçıvan”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
1 |
Qarabağ |
27 |
21 |
3 |
3 |
71-23 |
66 |
2 |
Sabah |
27 |
11 |
7 |
9 |
39-32 |
40 |
3 |
Neftçi |
27 |
11 |
7 |
9 |
34-29 |
40 |
4 |
Zirə |
27 |
10 |
9 |
8 |
21-18 |
39 |
5 |
Sumqayıt |
27 |
10 |
9 |
8 |
26-32 |
39 |
6 |
Səbail |
27 |
10 |
7 |
10 |
39-41 |
37 |
7 |
Turan Tovuz |
27 |
9 |
8 |
10 |
41-38 |
35 |
8 |
Araz-Naxçıvan |
27 |
8 |
8 |
11 |
27-36 |
32 |
9 |
Kəpəz |
27 |
7 |
6 |
14 |
29-47 |
27 |
10 |
Qəbələ |
27 |
4 |
4 |
19 |
20-51 |
16 |