“Yuventus”un qapıçısı Voyçex Şesni Polşa millisindəki karyerasını bitirməyə hazırlaşır. Matc.az xəbər verir ki, 33 yaşlı qolkiper Avropa çempionatından sonra bu addımı atmağı düşünür.

O, hətta qitə birinciliyinə vəsiqə qazanmasaydılar, yığmadan daha erkən ayrıla biləcəyini də etiraf edib: “Avropa çempionatına vəsiqə qazanmasaydıq, Polşa millisini tərk edəcəkdim. Lakin pley-offun final matçında Uelsi penaltilər seriyası ilə üstələdik”.

Qeyd edək ki, Şesni Polşa millisinin heyətində 81 oyun keçirib. Avropa çempionatı onun ardıcıl dördüncü böyük yarışı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest